Kubarsi “Golden Boy-2026” mükafatına namizədlər siyahısına başçılıq edir
“Barselona”nın müdafiəçisi Pau Kubarsi 2026-cı ilin ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatının 10 namizədindən ibarət siyahıya başçılıq edir.
Crossmedia.az xəbər verir ki, “Golden Boy” mükafatının X sosial şəbəkəsindəki rəsmi səhifəsi bu barədə məlumat yayıb.
Mükafat Avropanın milli çempionatlarında çıxış edən 21 yaşadək futbolçular arasında karyera ərzində yalnız bir dəfə təqdim olunur.
2024-cü ildə “Golden Boy” mükafatının qalibi “Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal olub.
2026-cı il üçün namizədlərin tam siyahısı belədir:
Pau Kubarsi – “Barselona”
Lamin Yamal – “Barselona”
Yan Diomande – “Real”
Uorren Zair-Emeri – PSJ
Ayyub Buaddi – “Lill”
Viktor Froholdt – “Porto”
Rayan – “Bornmut”
Endrik – “Real”
Eli Krupi – “Bornmut”
Estevao Villian – “Çelsi”
03:20 19.08.2026
Oxunuş sayı: 79