Qazaxıstan İranda və Ukraynada seçki məntəqələri açmayacaq
Qazaxıstan İranda və Ukraynada keçiriləcək qurultay seçkiləri ilə bağlı seçki məntəqələri açmayacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Erlan Alimbayev qərarı həmin ölkələrdəki mürəkkəb vəziyyətlə izah edib.
Diplomat bildirib ki, mövcud şərait seçki prosesinin təşkili üçün əlverişli deyil.
23:59 18.08.2026
Oxunuş sayı: 47