ABŞ-nin İranla bağlı əsl planı açıqlanıb
ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında yaranan fikir ayrılıqları iki ölkə arasındakı daha geniş qarşıdurma kontekstində nəzərdən keçirilməlidir.
Crossmedia.az ˝Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə politoloq Ara Poqosyan bildirib.
Onun sözlərinə görə, əsas məsələ İranın statusu və regiondakı roludur.
Poqosyan hesab edir ki, Vaşinqtonun uzunmüddətli məqsədi İranda ABŞ üçün məqbul və onunla əməkdaşlığa hazır siyasi rəhbərliyin formalaşdırılmasıdır. Politoloqun fikrincə, bu halda İran-ABŞ münasibətləri 1979-cu il İslam İnqilabından əvvəlki dövrə bənzəyə bilər.
Ekspertin sözlərinə görə, ABŞ-nin İranda dəyişikliklərə nail olmaq üçün resursları və imkanları olduğu müddətdə qarşıdurma davam edə bilər.
Poqosyan, həmçinin xatırladıb ki, qarşıdurmanın aktiv mərhələsinin əvvəlində həm İsrail, həm də ABŞ əsas məqsədlərindən birinin İran rəhbərliyinin dəyişdirilməsi olduğunu açıqlamışdı.
Politoloq bu fonda Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın güclənməsinə də diqqət çəkib.
22:34 18.08.2026
Oxunuş sayı: 54