Zaxarovadan ABŞ-yə sərt mesaj: Kuril adaları Rusiyaya məxsusdur
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin Tokiodakı səfirinin Kuril adalarının mənsubiyyəti ilə bağlı açıqlamalarını tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlar Yaponiyada revanşizm və revizionizm meyillərini təşviq edir.
O vurğulayıb ki, Rusiyanın Kuril adaları üzərində suverenliyi və yurisdiksiyası şübhə doğurmur.
20:24 18.08.2026
Oxunuş sayı: 54