İran ABŞ ilə müvəqqəti atəşkəsi rədd edib
İran ABŞ-lə müvəqqəti atəşkəsin tərəfdarı olmadığını açıqlayıb.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran üçün əsas məqsəd atəşkəs deyil, müharibənin tamamilə başa çatdırılmasıdır.
Əraqçinin sözlərinə görə, bəzi ölkələr İran və ABŞ arasında əlaqələrin qurulmasını və vasitəçilik etməyi təklif edib.
“Onların hamısına cavabımız tamamilə aydın olub: biz atəşkəs istəmirik, bizə müharibənin başa çatması lazımdır. Biz 12 günlük müharibənin atəşkəslə başa çatmasını və bir neçə aydan sonra yenidən başlamasını istəmirik”, - İran XİN rəhbəri bildirib.
22:58 18.08.2026
Oxunuş sayı: 63