Rusiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilir
Rusiya Baş nazirinin müavini Aleksandr Novak aidiyyəti qurumlara və neft şirkətlərinə regionların yanacaqla təminatına nəzarəti gücləndirməyi tapşırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Novak yanacaq bazarında yaranan disbalansların operativ şəkildə aradan qaldırılmasını, qiymətlərdə kəskin artımın qarşısının alınmasını və yanacaqdoldurma məntəqələrində pərakəndə qiymətlərin xüsusi nəzarətdə saxlanılmasını istəyib.
Hökumət, həmçinin regionlarla müstəqil yanacaqdoldurma məntəqələri şəbəkələrinin sahibləri arasında ədalətli pərakəndə qiymətlərin təmin olunmasına dair tipik razılaşmaların hazırlanması üzərində iş aparıldığını bildirib.
20:38 18.08.2026
Oxunuş sayı: 47