Əraqçi: Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı
İranın xarici işlər naziri Abbas Əraqçi İran və Azərbaycan arasındakı münasibətlərdə müsbət inkişafın müşahidə olunduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əraqçinin sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı iki ölkə əlaqələrində yeni səhifə açıb.
Daha əvvəl Pezeşkian Azərbaycanın İran üçün ən çətin günlərdə ölkəyə yardım göstərdiyini bildirib.
İlham Əliyev isə iranlı həmkarına Azərbaycanla bağlı xoş sözlərinə görə təşəkkür edib və Bakının İran xalqına dəstəyini vurğulayıb.
23:34 18.08.2026
Oxunuş sayı: 54