Alen Simonyan Paşinyanın təklifini niyə qəbul etdiyini bildirib
Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan Baş nazir Nikol Paşinyanın ona Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutmaq təklifini niyə qəbul etdiyini açıqlayıb.
Crossmedia.az ˝24News˝-a istinadən xəbər verir.
Simonyan əvvəllər istirahətə və şəxsi həyatına vaxt ayırmağa ehtiyac olduğunu bildirirdiniz, yeni vəzifəyə necə razılaşdınız? sualına cavab olaraq 20 gün ölkə xaricində olduğunu və bu müddətdə dincəlməyə vaxt tapdığını bildirib.
Yeni vəzifəsinin öhdəsindən gəlib-gəlməyəcəyi ilə bağlı suala Simonyan əminliklə hər şeyin öhdəsindən gələcəyini deyib.
Hazırda o, özündən əvvəl Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmış Armen Qriqoryanın təcrübəsini öyrəndiyini bildirib. Simonyan Qriqoryanı dostu adlandırıb.
22:50 18.08.2026
Oxunuş sayı: 52