Gözlənilməz təhlükə sahilə çıxdı: mütəxəssislər hərəkətə keçdi
Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatı Sevastopolda “Pobeda” parkı ərazisindəki çimərliyə çıxıb.
Crossmedia.az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev bu barədə “Maks” messencerində məlumat yayıb.
Onun sözlərinə görə, PUA axınla hərəkət edərək “Pobeda” parkı yaxınlığındakı çimərliyə çatıb. İlkin məlumata əsasən, pilotsuz aparatın üzərində tam döyüş yükü olub.
Razvojayev bildirib ki, PUA-nın Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumlarından biri zamanı radioelektron mübarizə vasitələri ilə vurulduğu və Qara dənizə düşdüyü ehtimal edilir.
Hazırda çimərlik ərazisi mühasirəyə alınıb. Mütəxəssislər PUA-nın idarə olunan şəkildə partladılması üçün hazırlıq görürlər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 18-nə keçən gecə ölkənin müxtəlif regionları, o cümlədən Krım, həmçinin Azov və Qara dənizlərin akvatoriyası üzərində 791 Ukrayna tipli PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bundan əvvəl KİV Ukraynanın Rusiyaya gecə hücumunu ilin ən kütləvi hücumlarından biri kimi qiymətləndirib.
12:25 18.08.2026
Oxunuş sayı: 54