Enerqodara PUA hücumu: 1 ölü, 15 yaralı
Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın işğalı altındakı Zaporojye vilayətinin Enerqodar şəhərində 1 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, yerli hakimiyyət orqanları bu barədə məlumat yayıb.
Məlumata görə, Ryazan vilayətində də ötən gecə PUA hücumu nəticəsində 3 nəfər xəsarət alıb. Üç fərdi yaşayış evinə ziyan dəydiyi və ərazidə operativ xidmətlərin işlədiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində ölkə ərazisi və ona yaxın akvatoriyalarda 791 Ukrayna PUA-sının ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxt son aylardakı ən kütləvi PUA hücumlarından birinə məruz qalıb. Dünən axşamdan etibarən 197 PUA-nın məhv edildiyi bildirilib.
Qeyd olunan məlumatlar Rusiya və yerli hakimiyyət orqanlarının açıqlamalarına əsaslanır.
11:05 18.08.2026
Oxunuş sayı: 49