CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

11:21 30.03.2026

Bakının yağış imtahanı: Paytaxt "sinifdə qaldı"

6

Bu günlərdə paytaxt Bakıya yağan intensiv yağış nəticəsində müxtəlif ərazilərində yollar su altında qalıb, hərəkət iflic vəziyyətinə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülər isə artıq adi mənzərəyə çevrilib, avtomobillər yarıyadək suya batır, piyadalar isə sözün əsl mənasında “üzür”. Xüsusilə Sabunçu istiqamətində vəziyyət daha acınacaqlıdır. “Yenə hər zamankı kimi Sabunçu körpüsü sudan dolub, az qala gölə çevrilib”,- deyə sakinlər gileylənir. Problem ondadır ki, hər il təkrarlanan bu mənzərə ilə bağlı real və davamlı həll yolları görünmür. Aidiyyəti qurumlar yağışdan sonra qısa müddətli tədbirlərlə kifayətlənir, lakin növbəti yağıntıda eyni problemlər yenidən üzə çıxır. Şəhərin drenaj sistemi açıq-aşkar bu yükü qaldıra bilmir. Daha acınacaqlı məqam isə təhlükəsizlik məsələsidir. Qeyd edək ki, ötən il məhz bu ərazidə yağan güclü yağışlar nəticəsində insan itkisi də qeydə alınmışdı. Bu isə problemi sadəcə kommunal çətinlik yox, birbaşa insan həyatı üçün riskə çevirir. Sual açıq qalır: hər dəfə eyni mənzərə yaşanacaqsa, məsuliyyət kimindir? Və nə vaxta qədər “yağış yağdı, şəhər batdı” xəbərləri gündəmin dəyişməz başlığı olacaq? Nə vaxta qədər digər ölkələrdə şırıltısının valehedici səsi ilə gəzməyin zövq verdiyi yağış Bakıda insanların qorxulu yuxusu olaraq qalacaq?

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR