CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: AQEM

13:50 01.10.2026

Azərbaycanın AQEM sədrliyinin nəticələri Bakıda müzakirə olundu

50

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan Media Forumunda “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq və nəticələr” mövzusunda panel sessiya keçirilib Crossmedia.az xəbər verir ki, paneldə AQEM məkanında etimadın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşma və nəqliyyat bağlantılarının inkişafı, qadınların ictimai və iqtisadi həyatda rolunun artırılması, eləcə də qlobal qeyri-sabitlik fonunda regional təşkilatların əhəmiyyətinin yüksəlməsi kimi məsələlər müzakirə edilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov çıxışında bildirib ki, AQEM çərçivəsində iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat şəbəkələri və ekoloji dayanıqlılıq kimi müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bağlantı və rəqəmsallaşma AQEM məkanında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan sədrliyi dövründə təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində iş aparılıb. Dayanıqlı, müasir və yaşıl nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanın və ölkələr arasında əlaqələrin dərinləşdirilməsinin əsas şərtlərindən biri kimi qeyd olunub.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR