Hakan Fidan: Süni intellekt inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır
AQEM-də əlaqəliliyin gücləndirilməsi Asiyada dayanıqlı inkişafı dəstəkləyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyin artırılmasına töhfə verəcək:
"Əlaqəlilik rəqəmsal dünyanı da əhatə edir. AQEM çərçivəsində elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığımızı dərinləşdirməliyik ki, süni intellekt və digər yeni texnologiyalar təkcə Asiyada deyil, bütün dünyada insanların rifahına xidmət etsin. Süni intellekt qarşıdurma və ya inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır".
14:38 15.10.2026
Oxunuş sayı: 52