CROSSMEDIA - Analitik İnformasiya Portalı

İqtisadi xəbərlər

23:15 18.06.2025

Azərbaycanın COP29 təcrübəsi Bonn sessiyasında yüksək qiymətləndirildi

350

Ötən il COP29-da böyük təcrübə əldə edən Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bonn şəhərində keçirilən 62-ci Sessiyası çərçivəsində də öz fəaliyyəti ilə önəmli rol oynamaqda davam edir. Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın qlobal iqlim problemlərinin həllinə töhfəsi yüksək qiymətləndirilib. Elmi və texnoloji yardımçı orqanın sədri Adonia Ayobare jurnalistlərə açıqlamasında deyib ki, təcrübə və yaxşı diplomatiyasına görə Azərbaycana hörmətlə yanaşırlar: "Azərbaycan COP29-a ev sahibliyini layiqincə yerinə yetirdi, sədr kimi tərəfləri bir araya gətirə bildi. Burada tərəflərə də bir araya gəlmək istəyinə görə təşəkkür etməliyik. Azərbaycan COP29 sədri kimi liderdir. Hər kəs sədr ölkənin fəaliyyətinə diqqətlə yanaşır. Çünki Azərbaycan tərəfi artıq Bakıda öz sözünü deyib". BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyinin üzvü Karin Simonson COP29 sədrliyinə uğurlu fəaliyyətinə görə minnətdarlığını ifadə edib: "Yardımçı orqanın rəhbərliyi tərəflərlə müzakirələri dəstəkləmək, təkliflər üzrə öhdəlik götürüməsini təmin etmək üçün COP29 sədrliyini prosesə qoşulmağa dəvət etdi. COP sədrliyinə tərəflər arasında körpü rolunu oynayaraq, gündəliyin təsdiqinə nail olduğuna görə təşəkkür edirik".

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR