İnanıram ki, qarşıdakı illərdə də Crossmedia.az komandası eyni əzmlə fəaliyyətini davam etdirəcək - Professor
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Professor Rəsmiyyə Sabir bu münasibətlə kollektivi təbrik edib:
Əziz Crossmedia.az komandası, sizi fəaliyyətinizin birinci ildönümü münasibətilə təbrik edirəm! Siz bu bir il ərzində müasir media mühitində öz sözünü deməyi bacaran, peşəkarlığı və yaradıcı yanaşması ilə fərqlənərək oxucu auditoriyasının rəğbətini qazana bildiniz. Bu qısa müddətdə siz yalnız informasiya verməklə kifayətlənmədiniz, həm də cəmiyyətin media savadlılığının artırılmasına, gənc jurnalistlərin peşakarlığının artırılmasına və müasir medianın formalaşmasına töhfələr verdiniz. İnanıram ki, qarşıdakı illərdə də Crossmedia.az komandası eyni əzmlə fəaliyyətini davam etdirəcək, yenilikçi layihələrlə media məkanında öz mövqeyini daha da möhkəmləndirəcəkdir. Sizə fəaliyyətinizdə yeni yaradıcılıq uğurları, davamlı nailiyyətlər, ən əsası geniş oxucu auditoriyası arzulayıram!
Ayhan
16:10 01.11.2025
Oxunuş sayı: 2448