Hörmüz boğazında minaya toxunan supertanker partlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir supertankerin dənizdə mina ilə toqquşduqdan sonra güclü partlayış nəticəsində alovlandığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatında 2 milyondan çox barel xam neft daşıyan tankerin bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə çalışdığı bildirilib.
Gəmi dəniz minası ilə toqquşduqdan sonra partlayış və güclü yanğın baş verib.
“Hörmüz boğazı bağlıdır. İranın boğazla bağlı qaydalarına tabe olmayan gəmilərin aqibəti ABŞ ordusuna etimadın alovunda yanmaqdır”, - SEPAH-ın bəyanatında deyilir.
10:07 17.10.2026
Oxunuş sayı: 51