Kobaxidze: Ukrayna Aİ-nin pullarını tükədə bilər
Ukraynanın Avropa İttifaqına (Aİ) qəbul edilməsi Şərqi Avropa ölkələrinə ayrılan maliyyə yardımlarının tamamilə dayandırılmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü təkcə siyasi deyil, həm də ciddi iqtisadi və maliyyə çətinlikləri yarada bilər.
“Ukraynanın Avropa İttifaqına qəbul edilməsi bütün Şərqi Avropa ölkələri üçün nəzərdə tutulan maliyyə yardımlarının tamamilə sıfırlanmasına gətirib çıxara bilər. Bu, məsələnin texniki və maliyyə tərəfidir. Lakin başqa səbəblər də var və onların ən başlıcası siyasi amillərdir”, – deyə Kobaxidze vurğulayıb.
Gürcüstan hökumətinin başçısı Macarıstanın Baş naziri Peter Magyarın Ukraynanın Aİ-yə üzvlüyünün 15, hətta 20 il çəkə biləcəyi barədə fikirlərini də dəstəkləyib.
Kobaxidze bildirib ki, macar həmkarının mövqeyi siyasi, texniki və maliyyə baxımından əsaslandırılmış məntiqə söykənir.
Beləliklə, Gürcüstanın Baş naziri Ukraynanın Avropa İttifaqına inteqrasiyasının uzunmüddətli proses ola biləcəyini və bunun digər Şərqi Avropa ölkələrinin maliyyələşdirilməsinə təsir göstərə biləcəyini istisna etməyib.
11:22 17.10.2026
Oxunuş sayı: 58