SABAH proqramları üzrə tədrisin təşkilinə ayrılacaq vəsait məlum oldu
                                            Ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili (yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 2026-cı il üçün 15,0 milyon manat vəsait proqnozlaşdırılıb.
Crossmedia.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, bu 2025-ci illə müqayisədə 1,5 dəfə çoxdur.
11:25 04.11.2025
Oxunuş sayı: 1164