Trampdan gözlənilməz qərar: Rusiyaya qarşı sanksiyalar yumşaldılır
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı nəzərdə tutulan yeni sanksiyaların və ticarət məhdudiyyətlərinin bir hissəsinin tətbiqini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan prezident sərəncamında bildirilib.
Məlumata görə, qərar 2026-cı ildə qəbul edilmiş və senator Lindsi Qremin adını daşıyan qanun çərçivəsində nəzərdə tutulan sanksiya və tarif məhdudiyyətlərini əhatə edir.
Tramp qərarı barədə ABŞ Konqresinə rəsmi bildiriş göndərib. Bildirişdə sözügedən sanksiyaların tətbiqindən istisnaların edilməsinin ABŞ-nin milli maraqlarına uyğun olduğu qeyd edilib.
Qanun Rusiyanın enerji və digər iqtisadi sektorlarına qarşı əlavə məhdudiyyətləri, həmçinin Rusiya nefti və qazının əsas alıcılarına yüksək gömrük rüsumlarının tətbiqini nəzərdə tuturdu.
Yeni qərarla həmin tədbirlərin bir hissəsinin tətbiqi dayandırılıb. Bununla belə, əvvəllər Rusiyaya qarşı qüvvəyə minmiş digər sanksiyalar qüvvədə qalır.
Sərəncama əsasən, istisnalar ABŞ Prezidenti və ya müvafiq dövlət qurumları əlavə tədbirlərin görülməsini zəruri hesab edənədək qüvvədə olacaq.
11:17 17.10.2026
Oxunuş sayı: 66