Almaniyada Reyn çayında gəmiçilik çöküş təhlükəsi ilə üz-üzədir
Almaniyada Reyn çayının suyunun kəskin azalması səbəbindən gəmiçilik fəaliyyəti iflic olmaq üzrədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hazırda çayın bəzi hissələrində suyun səviyyəsi kritik həddə düşüb – cəmi 8 santimetrdir. Gecə saatlarında isə bu göstərici 6 santimetrə qədər enib. Barjaların hərəkəti üçün isə çayda suyun səviyyəsinin ən azı 40 santimetr olması tələb olunur.
Vəziyyət artıq ciddi logistika problemlərinə səbəb olub. Bəzi gəmilər hərəkətsiz qalıb, digərləri isə alternativ marşrutlar axtarmağa çalışır.
Mütəxəssislər bildirirlər ki, Reyn çayının dayazlaşmasına Avropanın müxtəlif bölgələrini əhatə edən uzunmüddətli quraqlıq səbəb olub.
18:22 15.08.2026
Oxunuş sayı: 36