İran ordusundan sensasion açıqlama: 3 pilotun Qətərdə əsir saxlanıldığı bildirilir
İran Ordusu mart ayında Dohaya endirilən zərbədən qayıdarkən vurulan “Su-24” qırıcılarının 4 pilotundan 3-nün katapult edərək sağ qaldığını və hazırda Qətər tərəfindən əsir saxlanıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran Ordusu bu barədə məlumat yayıb.
Bildirilib ki, Cavad Salehi, Əbdülməcid Dəştiyan və Omran Behruşiyan ABŞ bazasına zərbə endirdikdən sonra İrana qayıdarkən təyyarələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması nəticəsində sağ ələ keçirilib. İran tərəfi pilotların artıq 5 aydır Qətərdə saxlanıldığını iddia edir və Cenevrə Konvensiyalarının 70 və 78-ci maddələrinin dərhal icra olunmasını tələb edir. Bu müddəalara əsasən, əsirlərə Beynəlxalq Qızıl Xaç Komitəsi və ailələri ilə əlaqə saxlamaq, eləcə də vəziyyətləri barədə məlumat vermək imkanı yaradılmalıdır.
17:37 15.08.2026
Oxunuş sayı: 42