İran Qətərdə saxlanıldığı iddia edilən pilotlarla bağlı Qırmızı Xaça müraciət edib
İran üç hərbi pilotunun Qətər hakimiyyətinin nəzarətində saxlanıldığını iddia edərək onların taleyinin araşdırılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
Crossmedia.az xəbər verir ki, İranın dövlət mediası bu barədə məlumat yayıb.
Məlumata görə, İran rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə göndərdiyi məktubda altı ay əvvəl döyüşlər zamanı “Su-24” qırıcılarının vurulmasından sonra üç pilotla əlaqə yaradılmadığını bildirib. Tehran pilotların sağ olduğunu iddia edir və beynəlxalq təşkilatlardan onların ailələri ilə əlaqə saxlamasına şərait yaradılmasını tələb edir. İran tərəfi müraciətində hərbi əsirlərin hüquqları ilə bağlı Cenevrə Konvensiyasının müddəalarına istinad edərək Qırmızı Xaç Komitəsini məsələyə təcili müdaxilə etməyə və pilotlara çıxışın təmin olunmasına çağırıb.
17:23 15.08.2026
Oxunuş sayı: 42