Kiyevdə universitet əməkdaşına rus dilində danışdığı üçün cəza verilib
Kiyevdə universitet əməkdaşına rus dilindən istifadə etdiyi üçün inzibati protokol tərtib edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ukrayna dil ombudsmanının nümayəndəsi Spartak Spiridonovun sözlərinə görə, qadın həmkarı ilə dövlət dili olmayan dildə danışıb.
Bildirilib ki, söhbət qeydə alınaraq dil ombudsmanının katibliyinə göndərilib. Bundan sonra universitet əməkdaşı cərimələnib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
12:21 15.08.2026
Oxunuş sayı: 43