Metroda bu gündən xətlər ayrılır
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.
Crossmedia.az xəbər verir ki, bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən 11 ay çəkəcəyi planlaşdırılır.
Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacağı bildirilir.
Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir.
Yeni ekspres marşrutlar:
M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;
M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;
M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;
M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;
M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;
M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyalar
09:31 15.08.2026
Oxunuş sayı: 56