Uittoff və Kuşner Kiyevə səfər etməyib
ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uittoff və onun kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həlli üzrə fəaliyyətə başladıqları vaxtdan indiyədək Kiyevə səfər etməyiblər.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sözlərinə istinadən məlumat yayıb.
Azarov bildirib ki, Uittoff və Kuşnerin Kiyevə səfər etməli olduqları barədə müzakirələr davam edir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp onlara Ukrayna münaqişəsinin həlli üçün mümkün yanaşmaları tapmaq missiyası verdikdən sonra hər iki nümayəndə Kiyevdə olmayıb.
Keçmiş baş nazir bu vəziyyətin ABŞ tərəfinin Kiyevlə görüş zamanı müzakirə edilə biləcək yeni ideya və yanaşmalara malik olmaması ilə bağlı ola biləcəyini ehtimal edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna məsələsi üzrə ABŞ-yə danışıqlardan imtina etmədiyini və Prezident Vladimir Putinin amerikalı nümayəndələri növbəti dəfə qəbul etməyə hazır olduğunu bildirib.
09:17 15.08.2026
Oxunuş sayı: 54