ABŞ-dən Netanyahuyə ağır tələb: İsrail rəhbərliyinə təzyiq artır
ABŞ İsrail Baş naziri Benyamin Netanyahudan işğal olunmuş İordan çayının qərb sahilində fələstinlilərin evlərinə daxil olan yəhudi köçkünləri açıq şəkildə qınamasını tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Vaşinqton İsrail hökumətinə təzyiq göstərir ki, bölgədə fələstinlilərə qarşı zorakılıq hallarına münasibət bildirsin və bu cür addımları pisləsin.
İsrailin işğal altındakı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələri uzun müddətdir beynəlxalq mübahisə mövzusudur.
19:43 14.08.2026
Oxunuş sayı: 41