Hindistanda məscidin sökülməsi zamanı qarşıdurma baş verib
Hindistanın Ujjain şəhərində Şahi məscidin bir hissəsinin sökülməsinə etiraz edənlərlə polis arasında qarşıdurma baş verib.
Crossmedia.az xəbər verir ki, “Indian Express” bu barədə məlumat yayıb.
Hadisə məscidin bir hissəsinin yolun genişləndirilməsi layihəsi çərçivəsində sökülməsi ilə bağlı yaranan narazılıq fonunda baş verib. Sentyabrın 27-dən etiraz üçün məscidin qarşısına toplaşan sakinlər söküntüyə qarşı çıxıblar.
Sentyabrın 28-də vəziyyət gərginləşib və polis əməkdaşlarına daş atılması barədə məlumat yayılıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Məscidin sökülməsi ilə bağlı məsələ yolun genişləndirilməsi layihəsi çərçivəsində gündəmə gəlib. Layihənin 2028-ci ildə Ujjain şəhərində keçirilməsi planlaşdırılan Simhastha tədbirinə hazırlıqla əlaqəli olduğu bildirilir.
19:09 28.09.2026
Oxunuş sayı: 41