“SpaceX”dən tarixi addım: “Starship” orbitə çıxıb
“SpaceX” şirkətinin “Starship” kosmik gəmisi ilk dəfə orbitə çıxıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
“Starship” “Super Heavy” daşıyıcı raketinin köməyi ilə Texas ştatının cənub-şərqində yerləşən “SpaceX” şirkətinin “Starbase” kosmodromundan buraxılıb.
Missiya çərçivəsində kosmik gəminin Yer ətrafında təxminən altı dövrə vurması və 26 “Starlink” internet peykini orbitə çıxarması planlaşdırılıb. Uçuşun təxminən 10 saat davam etməsi nəzərdə tutulub.
Missiyanın sonunda “Starship”in orbitdən çıxaraq Çilinin qərbində, Sakit okeana idarəolunan şəkildə enməsi planlaşdırılıb.
18:52 28.09.2026
Oxunuş sayı: 40