Dneprdə PUA təhlükəsi fonunda partlayışlar baş verib
Ukraynanın Dnepr şəhərində sentyabrın 28-də səhər saatlarında hava həyəcanı fonunda partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, “Dnepr Operativ” bu barədə məlumat yayıb.
Saat 08:52-də şəhərdə pilotsuz uçuş aparatlarının tətbiqi təhlükəsi ilə əlaqədar sarı səviyyəli hava həyəcanı elan edilib. Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri şimal istiqamətindən Dneprə doğru reaktiv PUA-ların hərəkəti barədə xəbərdarlıq edib və sakinləri sığınacaqlara keçməyə çağırıb.
Təxminən saat 08:59-da şəhər sakinləri partlayış səsləri eşidiblər. Həmin vaxt partlayışların səbəbi, mümkün dağıntılar və zərərçəkənlər barədə rəsmi məlumat verilməyib.
Daha sonra Ukrayna mənbələri Dneprin mərkəzində ofis binasına PUA zərbəsi endirildiyini və binanın zədələndiyini bildirib. Hadisə yerində fövqəladə xidmətlər çalışıb.
18:17 28.09.2026
Oxunuş sayı: 36