Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olunub
Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bu ölkənin Xəbər Agentliyinin (KUNA) dikrektoru vəzifəsini icra edən Məhəmməd əl-Mənnai ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Tərəflər Azərbaycan-Küveyt media əməkdaşlığının inkişafı və ölkələrin xəbər agentlikləri arasında informasiya mübadiləsinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
19:27 28.09.2026
Oxunuş sayı: 35