Müdafiə sazişi Hindistanda narahatlıq yaradıb
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında avqustun 7-də Məkkədə imzalanan birgə müdafiə sazişi Hindistanda narahatlıq yaradıb və regiondakı təhlükəsizlik balansı ilə bağlı yeni müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
Müqaviləyə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Riyad, Ankara və İslamabad sazişin konkret bir ölkəyə qarşı yönəlmədiyini və müdafiə xarakteri daşıdığını vurğulayıb.
Bununla belə, Hindistan üçün əsas narahatlıq sazişin mətnindən çox Türkiyə ilə Pakistan arasında mövcud strateji tərəfdaşlığın Səudiyyə Ərəbistanının hərbi və iqtisadi imkanları ilə birləşməsidir. “The Diplomat” nəşrinin qiymətləndirməsinə görə, saziş birbaşa Hindistana qarşı hazırlanmasa da, Hindistan-Pakistan münasibətlərinin mövcud olduğu strateji mühiti dəyişə bilər.
16:45 14.08.2026
Oxunuş sayı: 46