Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir
Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Crossmedia.az xəbər verir ki, paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb.
"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib.
Qeyd olunub ki, 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub:
"Bu faciəli hadisələr münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır".
Xatırladaq ki, avqustun 12-də Xocavənddə, 13-də isə Kəlbəcərdə mina partlayışı baş verib.
22:00 13.08.2026
Oxunuş sayı: 42