U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
Avqustun 16-dan 23-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək U-20 dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti bəlli olub.
Bu barədə Crossmedia.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Mundialın açılışını yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək. Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Rihad İbrahimli (97 kq) və Mikayıl İsmayılov (130 kq) məsul yarışda ölkəni təmsil edəcəklər.
Daha sonra isə mübarizəyə qadın güləşçilər qoşulacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevın rəhbərliyi altında Esra Məmmədli (53 kq), Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Zəhra Kərimzadə (72 kq) güclərini sınayacaqlar.
Yarışın son günlərində isə böyük məşqçi Əşfəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), İsmayıl Rəhimli (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) mübarizə aparacaqlar.
Yarışda gündüz seansı Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medal görüşləri isə 20:00-da start götürəcək.
Qeyd edək ki, dünya çempionatında I dərəcəli hakimlərimiz Tural Əliyevlə Vüqar Şükürov ədaləti qoruyacaqlar.
17:03 12.08.2026
Oxunuş sayı: 38