Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 42 %-ə yaxın azalıb
"Mərmər İnşaat" ASC 2025-ci ili 5,753 milyon manat xalis mənfəətlə başa vurub.
Crossmedia.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,8 % azdır.
Ötən il "Mərmər İnşaat"ın əsas əməliyyat (satış) gəlirləri 44,311 milyon manat (41,4 % az), satışının maya dəyəri 41,076 milyon manat (30,1 % az), digər gəlirləri 5,854 min manat (104,5 dəfə çox), inzibati-ümumi xərcləri 2,512 milyon manat (2,1 dəfə az), sair əməliyyat xərcləri 22 min manat (2,7 dəfə az), məzənnə fərqindən gəliri 7 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 664 min manat (22,2 % az), mənfəət vergisi ödəmələri isə 1,473 milyon manat (42,6 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Mərmər İnşaat"ın aktivləri 57,506 milyon manat olub ki, bu da illik müqayisədə 9,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14,7 % azalaraq 37,761 milyon manata düşüb, balans kapitalı isə 3,2 % artaraq 19,744 milyon manata çatıb.
Xatırladaq ki, "Mərmər İnşaat" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,6 milyon manat, qanuni təmsilçisi isə Azər Bayramovdur. Şirkətin yeganə səhmdarı Gürzad Axundovadır.
15:34 12.08.2026
Oxunuş sayı: 45