11-12 avqustda nə baş verəcək? - XƏBƏRDARLIQ
Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.
Bu barədə Crossmedia.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
Günəş küləyinin sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.
13:09 11.08.2026
Oxunuş sayı: 83