Kremldən Qərbə mesaj: Rusiyanın təcridi iflasa uğrayıb
Rusiya Prezidenti Vladimir Putin ölkəsini, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində təcrid etmək cəhdlərinin nəticəsiz qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Putinin sözlərinə görə, Rusiyanı beynəlxalq arenada təcrid etməyə yönəlmiş təşəbbüslər, hətta müdafiə və təhlükəsizlik kimi sahələrdə də tam uğursuzluqla nəticələnib.
Rusiya Prezidenti bu bəyanatı Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşü zamanı səsləndirib.
00:06 27.07.2026
Oxunuş sayı: 67