“Tripoli” döyüş qrupu Yaxın Şərq əməliyyatlarına yönləndirilib
“Tripoli” desant-gəmisi ətrafında formalaşdırılan döyüş qrupu Sakit okean regionundan Yaxın Şərqdəki əməliyyatlara cəlb olunub.
Crossmedia.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bu barədə məlumat yayıb.
Məlumata görə, “Tripoli” amfibiya hücum gəmisi və ona daxil olan qüvvələr Yaxın Şərq istiqamətində fəaliyyət göstərmək üçün yenidən yerləşdirilir. Qrupun əvvəlcə Sakit okean bölgəsində missiyalar həyata keçirdiyi bildirilib.
ABŞ HDQ bu addımın regionda təhlükəsizlik və əməliyyat hazırlığının təmin edilməsi məqsədi daşıdığını qeyd edib. Döyüş qrupunun tərkibinə gəmi heyəti ilə yanaşı, dəniz piyadalarının bölmələri və dəstək qüvvələri də daxildir.
Qeyd edək ki, ABŞ son dövrlərdə Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir və bölgədəki gərginlik fonunda dəniz qüvvələrinin yerləşdirilməsini artırır.
12:51 24.07.2026
Oxunuş sayı: 45