Səhnədə yeni mövsümün ilk böyük görüşü
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə bağlı yaradıcı heyətlə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, teatrın direktoru Aqil Bəhramlı kollektivi yeni mövsüm münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzulayıb.
Teatr rəhbəri ötən mövsümdə həyata keçirilən layihələrdən danışaraq yaradıcı heyətin ölkə daxilində keçirilən tədbirlərdə, həmçinin xarici ölkələrdə təşkil olunan beynəlxalq müsabiqə və festivallarda iştirak etdiyini bildirib.
Aqil Bəhramlı yeni mövsümdə də bir sıra maraqlı layihələrin həyata keçiriləcəyini və yeni tamaşaların premyeralarının baş tutacağını qeyd edib.
Görüşdə Xalq artistləri İlham Namiq Kamal və Afaq Bəşirqızı da çıxış edərək kollektivi təbrik edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, teatrın 117-ci mövsümünün rəsmi açılışı 18 sentyabr – Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə keçiriləcək.
Teatr kollektivi bütün teatrsevərləri yeni mövsümün tamaşalarını izləməyə dəvət edib.
11:06 07.09.2026
Oxunuş sayı: 46