Uitkoff: Rusiya ilə dialoq olmadan sülh şansı azdır
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya ilə dialoqun Ukrayna müharibəsinin diplomatik yolla həlli üçün vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Stiv Uitkoff bu barədə açıqlama verib.
Uitkoffun sözlərinə görə, Vaşinqton müharibənin hərbi yolla deyil, diplomatik vasitələrlə başa çatdırılmasına çalışır. O, Rusiya ilə əlaqələrin və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Onun açıqlaması ABŞ nümayəndələrinin son günlər Moskva və Kiyevdə apardığı danışıqlar fonunda səslənib. Uitkoff və ABŞ prezidentinin digər nümayəndəsi Cared Kuşner əvvəlcə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Moskva görüşlərindən sonra Uitkoff danışıqların konstruktiv keçdiyini və yeni ideyaların müzakirə edildiyini bildirib. Bununla belə, tərəflər arasında əsas məsələlər üzrə hələ də fikir ayrılıqları qalır və danışıqlarda konkret razılaşma əldə olunmayıb.
12:33 07.09.2026
Oxunuş sayı: 47