Netanyahu: İranda hakimiyyətin sonu yaxındır
İsrailin Baş naziri Benyamin Netanyahu İrandakı mövcud hakimiyyətin süqutunun yaxın olduğunu və İsrailin qarşısında hələ tamamlanmalı bir missiyanın qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu bu barədə hökumətin Roş-Ha-Şana münasibətilə keçirilən tədbirində danışıb.
Netanyahu İran hakimiyyətinin zəiflədiyini və mövcud rejimin öz mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını iddia edib.
O bildirib ki, İsrailin qarşısında hələ tamamlanmalı əsas vəzifələr var və ölkəsi bu məqsədlərə çatmaqda qətiyyətlidir.
Netanyahu sözlərinə görə, İsrail ABŞ ilə birlikdə İranın nüvə və ballistik raket imkanlarına qarşı ciddi nəticələr əldə edib. O, həmçinin İsrail ordusunun Qəzza, Livan və İordan çayının qərb sahilində əməliyyatları davam etdirdiyini qeyd edib.
İsrail Baş naziri İranın İsrailə qarşı hücuma keçəcəyi təqdirdə ağır zərbə ilə üzləşə biləcəyi barədə də xəbərdarlıq edib.
12:53 07.09.2026
Oxunuş sayı: 46