M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb.
Crossmedia.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) istinadən məlumat verir.
Bildirilib ki, metronun "İnşaatçılar”, “Nizami” və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.
Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.
Xatırladaq ki, bu təcrübə daha əvvəl M1 nömrəli ekspres marşrutda sınaqdan keçirilib.
10:50 07.09.2026
Oxunuş sayı: 53