KİV: Adam Kadırovun şəxsi batalyonu yaradılıb
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun şəxsi batalyonunun olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, "The Moscow Times" bu barədə məlumat yayıb.
Məlumata görə, Baysangur Benoyevski adına elit Rosqvardiya batalyonu faktiki olaraq Adam Kadırovun şəxsi qvardiyasına çevrilib.
Bildirilib ki, 18 yaşlı Adam Kadırov batalyonun rəsmi kuratoru təyin olunub və mütəmadi olaraq hərbi hissəyə baş çəkir.
Nəşrin yazdığına görə, bölmənin bütün texnikası Adam Kadırovun şəxsi çağırış nişanı olan “DUSTUM 95” qeydiyyat nişanları ilə təchiz edilib.
16:48 22.07.2026
Oxunuş sayı: 54