Qırğızıstan və Türk Dövlətləri Təşkilatı Türkiyədə keçiriləcək sammitə hazırlığı müzakirə edib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bişkekdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə görüşərək payızda Türkiyədə keçiriləcək sammitə hazırlıq məsələlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bişkekə səfəri çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə danışıqlar aparıb.
Görüşün əsas mövzusu bu payız Türkiyədə keçiriləcək TDT Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclaslarına hazırlıq məsələləri olub.
Tərəflər həmçinin təşkilat Katibliyinin cari fəaliyyəti və TDT çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Danışıqların yekununda türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və türk dünyasının ortaq gündəliyinin ardıcıl şəkildə irəli aparılması istiqamətində qarşılıqlı öhdəlik bir daha təsdiqlənib.
17:58 17.07.2026
Oxunuş sayı: 68