Lavrov: Türkiyə Qara dənizdəki insidentlərdən sonra Ukraynaya sərt mesaj verməlidir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qara dənizdə Türkiyə gəmilərinə edilən hücumlardan sonra Ankaranın Ukraynaya sərt mesaj göndərəcəyinə ümid edir.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Lavrovun sözlərinə görə, Rusiya Türkiyənin Qara dənizdə türk gəmilərinə qarşı həyata keçirilən hücumlarla bağlı Ukraynaya qəti mövqe nümayiş etdirəcəyini gözləyir.
Nazir məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
16:22 14.07.2026
Oxunuş sayı: 44