Strateji marşrutda hücum: Neft tankerinə raket atıldı
Hörmüz boğazında hərəkət edən neft tankeri raket hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi məlumat yayıb.
Məlumata görə, insident tanker Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edərkən baş verib. Hücumun təfərrüatları, tankerə dəyən zərərin miqyası və mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

15:31 14.07.2026
Oxunuş sayı: 52