Dünya ticarət xəritəsi dəyişir: Azərbaycan yeni nəqliyyat mərkəzinə çevrilir
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin tikintisi aktiv mərhələyə keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Layihə üzrə əsas beynəlxalq və investisiya razılaşmaları artıq imzalanıb, baş podratçı müəyyən edilib və maliyyələşmə məsələləri həll olunub. Hazırda tunellərin, körpülərin və digər infrastruktur obyektlərinin tikintisi aparılır.
Ümumi uzunluğu təxminən 480 kilometr olacaq dəmir yolunun 304 kilometrdən çox hissəsi Qırğızıstan ərazisindən keçəcək.
Yeni dəmir yolu xətti Çindən Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq ölkələri və Avropaya yük daşımalarının həcmini artırmağa imkan verəcək.
Gözləntilərə görə, layihə Xəzər dənizi və Azərbaycan üzərindən keçən Orta Dəhlizi də gücləndirəcək. Bu isə Azərbaycanın Çin–Avropa ticarət marşrutundakı tranzit əhəmiyyətini daha da artıracaq.
13:20 12.07.2026
Oxunuş sayı: 54