Rusiyalı diplomat Trampın Ukrayna ilə bağlı bəyanatını şərh edib
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik ABŞ Prezidenti Donald Trampın Ukraynada prezidentin dəyişdirilməsinin vacibliyi barədə açıqlamasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rodion Miroşnik “Telegram” kanalında yazıb.
Miroşnikin sözlərinə görə, Trampın açıqlaması Kiyevdə “idarəolunmaz hay-küy və səssiz çaşqınlıq” yaradıb.
Rusiya rəsmisi qeyd edib ki, Trampın sözləri kifayət qədər aydın olub. Onun fikrincə, ABŞ-nin əvvəlki prezidenti Co Baydenin və Trampın özünün əvvəlki prezidentlik dövründə formalaşmasına töhfə verdiyi siyasi sistemin rəhbərliyi dəyişdirilməlidir.
23:40 10.10.2026
Oxunuş sayı: 64