Çilidə güclü yağışlar fəlakətə səbəb oldu
Çilidə leysan sel və torpaq sürüşmələrinə səbəb olub, daşqın suları avtomobilləri və avtobusları sürükləyib, binalara dolub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Təbii fəlakət xüsusilə paytaxt Santyaqoda ciddi fəsadlara yol açıb. Şəhərdə qeydə alınan yağıntının miqdarı oktyabr ayının orta göstəricisindən təxminən doqquz dəfə çox olub.
Minlərlə insanın həyatına təsir edən fəlakətdən sonra xilasedicilər təxliyə və təmizlik işlərinə başlayıblar.
Güclü yağışlar nəticəsində Mapoço çayı da məcrasından çıxıb. Daşqın suları yolları keçilməz vəziyyətə salıb. Paytaxtın varlı şəhərətrafı ərazilərindən olan Las Kondes fəlakət zonası elan edilib.
Torpağın suya doyması yeni daşqın və torpaq sürüşmələri riskini artırıb.
23:10 10.10.2026
Oxunuş sayı: 64