Xocavəndin iki kəndinə ilk köç karvanı çatıb, mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanı Xocavəndin iki kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Crossmedia.az xəbər verir ki, açarların təqdimetmə mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.
13:24
***
Xocavəndin Quzeyxırman və Güneyxırman kəndinə yola salınan ilk köç karvanı kəndlərə çatıb.
Crossmedia.az xəbər verir ki, kəndlərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb.
14:27 08.07.2026
Oxunuş sayı: 46