Tramp İspaniya ilə ticarəti dayandırır
ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarəti dayandırmaq qərarı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası İspaniya ilə ticarət əlaqələrinin dayandırılması istiqamətində qərar qəbul edib.
Hələlik qərarın səbəbləri, hansı sahələri əhatə edəcəyi və nə vaxt qüvvəyə minəcəyi barədə rəsmi təfərrüatlar açıqlanmayıb. ABŞ administrasiyası və İspaniya hökuməti məsələ ilə bağlı əlavə bəyanat verməyib.
12:23 08.07.2026
Oxunuş sayı: 42